loading...

Klassik mexanikada hissəciklərin halı anlayışı

Hərəkətin təbiət qanunları ilə təyin edilməyən elementləri başlanğıc şərtlər adlanır. Nyuton əsrinin gözəl kəşflərindən biri də təbiət qanunlarının başlanğıc şərtlərdən fərqləndirilməsidir. Başlanğıc şərtlər müəyyən qanunauyğunluğa tabe deyil, onlar arasında əlaqə yoxdur.

Başlanğıc şərtlərin əhəmiyyəti sistemin əvvəlki təkamülündən asılıdır. Bu və ya digər məsələni həll etmək üçün onlar təcrübi təyin edilməli və ya baxılan məsələnin qoyulmasının obyektiv şərtlərini nəzərə alan hər hansı təsəvvürlərin köməyi ilə verilməlidir. Klassik mexanikada mexaniki sistemin halını (başlanğıc şərtləri) xarakterizə edən parametrlər bu sistemi təşkil edən maddi nöqtələrin (hissəciyin) bütün koordinatlarının və impulslarının məcmusu hesab olunur. Mexaniki sistemin halının verilməsi bütün maddi nöqtələrin bütün koordinatlarının ri(xi , yi , zi) və impulslarının pi verilməsi deməkdir. Bu kəmiyyətlər ixtiyari qiymət ala bilərlər: istənilən hissəciyin vəziyyəti və impulsu bütün digər hissəciklərin vəziyyətindən və impulsundan asılı deyil. Başlanğıc şərtlər təbiət qanunları (Nyutonun ikinci qanunu) ilə birlikdə obyektin mümkün hərəkətini təyin edir. Bu, bütün hissəciklərin koordinatları və impulslarının məcmusuna sistemin halının xarakteristikası kimi baxılmasının əsas şərtidir. Hərəkət tənlikləri bu halın təkamülünü birmənalı təsvir edir. Onlar qüvvədən asılı olaraq hissəciyin təcilini təyin edir. Qüvvə hissəciklər arasındakı məsafənin və onların nisbi sürətinin birqiymətli funksiyasıdır. Koordinatlar və impulslar Nyuton mexanikasında sistemin halını təyin edən əsas fiziki kəmiyyətlərdir. Mexanika üçün maraq kəsb edən bütün digər mexaniki kəmiyyətlər (enerji, impuls momenti və s.) koordinatın və impulsun funksiyası şəklində ifadə edilir.

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.