Kimya 2018-05-25

Kimyəvi Liflər

Kimyəvi Liflər

E-mail Üzvlüyü

Xalq təsərrüfatının inkişafının əsas istiqamətlərindən biri kimya sənayesinin insanlara bəxş etdiyi sintetik polimerlər təşkil edir.Sintetik polimerlər arasinda plastik kütlələr,rezin,lif,laklar, boyaqlar ,örtüklər, daş-qaşlar,partlayıcı maddələr və.s istehsal edilir.Liflər yüksəkmolekullu birləşmələr sinifinə mənsubdur. Qədim zamanlardan bəri toxuculuq sənayesində təbii liflərdən istifadə olunmuş və hal-hazirda da geniş miqyasda istifadə edilməkdədir.

İlk dəfə süni yolla ipəyin alınması XIX əsrin ortalarında tədqiq edilmişdir.Təbii ipəyin tədqiq zamanı müəyyən edilmişdir ki, onun əsas kimyəvi tərkibi karbon, hidrogen, oksigen və azot atomlarından təşkil olunmuşdur.Tut yarpağının tərkibi isə sellülozadan ibarətdir.

Lif əmələ gətirən yüksəkmolekullu birləşmələrin əksəriyyəti xətti quruluşa makildirlər.Çoxşaxələnmiş və torvari polimerlərdən lif almaq olduqca çətindir.Demək olar ki, hal hazırda istehsalı pambıqdan sonra ikinci yeri tutur.Belə ki, kimyəvi liflər təbii liflərə nisbətən ucuz başa gəlir, istehsalına az əmək sərf olunur və keyfiyyətcə üstündür.Bu növ liflərin keyfiyyətini istənilən kimi dəyişdirmək mümkündür.Kimyəvi liflərin üstün cəhətlərindən aşağıdakı bəzi xassələri də göstərmək olar.Onlar davamlıdır ,yumşaqdır, elastikdir , incədir, asan boyanır, rəngi gec solur , ütüləmək lazım gəlmir,asan yuyulur, çox çirk götürmür ,köhnəlmir və s. Onu da qeyd etmək lazımdır ki, təbii liflərin təbii yun, təbii ipək ,kətan, kəndir, azbest kimi az sayda növləri vardır.Ancaq kimyəvi liflərin nitron ,poliakrilonitril, naylon,teflon ,lavsan və.s. çoxsaylı növləri məlumdur və onların çeşidi daha da artmaqdadır.Kimyəvi liflər müxtəlif ölkələrdə sənaye miqyasında müxtəlif adlar altında istehsal edilir.

Kimyəvi liflər - təbii və sintetik yüksəkmolekullu birləşmələrin kimyəvi üsulla işlənməsindən alınan liflərə deyilir. Əhalinin və inkişaf edən texnikanın lifli materiallara olan tələbatı artdıqca,lifli materialların çatışmamazlığı kəskin surətdə hiss olunmağa başladı.Beləliklə də lifləri kimyəvi yolla almaq zərurəti meydana çıxdı.Demək olar ki, xammal mənbələrinə və istehsalından asılı olaraq kimyəvi liflər iki böyük yerə süni və sintetik liflərə (qeyri-üzvi birləşmələrdən alınan liflər də kimyəvi liflərdir) bölünür.

Təbii yüksəkmolekullu birləşmələrin (sellüloza və zülal maddələr) kimyəvi işlənməsindən alınan yeni növ liflərə süni liflər deyilir. Monomer molekullarının polimerləşməsi və polikondensləşməsi nəticəsində alınan sintetik yüksəkmolekullu birləşmələrdən istehsal edilən liflərə sintetik liflər deyilir.Sintetik liflərdə makromolekulun qruluşundan asılı olaraq karbozəncirli və heterozəncirli liflərə bölünür.

İstənilən xassəli süni lifləri sənayedə almaq həmişə effektli olmur.Lakin istənilən xassəli, yüksək kimyəvi və termiki ,yanmaya qarşı davamlı lifləri almaq lazım gəlir.Hazırda liflərin 20%-dən çoxunu sintetik liflər təşkil edir.

Sintetik liflər təbii və süni liflərə nisbətən möhkəm və elastikdir.Mikroorqanizimlərin təsirindən parçalanırlar,incə,nazik və bəziləri kimyəvi reagentlərin təsirinə qarşı davamlıdır.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti