Katalizatorların Tədqiq Üsulları
Katalizatorların tədqiqat üsulları kompleks xarakter daşımalıdırlar ki, onların əsas istismar xassələrinin aydınlaşdırılmasını təmin etmiş olsun. Əsas istehsal xassələrinə ilk növbədə katalizatorların aktivliyi, mexaniki möhkəmliyi və istismar zamanı sabitliyi aiddir.
Yekunlaşdırıcı və "başlıca" xarakteristika katalizatorun aktivliyi sayılır ki, onun da əsas göstəricisi istifadə olunan üsuldan asılı olaraq ilk maddələrin çevrilmə dərəcəsi, reaksiyanın sürət sabiti və ya sadəcə olaraq reaksiyanın sürəti ola bilər. Katalizatorun xassələrini müəyyən etmək üçün çoxlu sayda üsullar mövcuddur. Onların kimyəvi və faza tərkibinin müəyyən olunması üçün «nəm» kimyəvi üsul rentgenofaza analizi, rentgen fotoelektron spektroskopiya (RFES), elektron və messbauer spektroskopiyası, eləcə də Elektron Paromaqnit Rezonans(EPR) üsulundan istifadə olunur.
Heterogen katalitik prosesləri apararkən katalizatorların sərfəliliyi və səthin sahəsi kimi xarakteristikaları əsas rol oynayır və onların təyin olunması üçün geniş tədqiqat üsullarından istifadə etmək imkanları vardır. Bu üsullara misal olaraq kontakt kütlə səthinin ümumi sahəsinin ölçülməsi, hopdurulmuş metalın səthinin və qazın adsorbsiyasına görə məsamələrin həcminin təyini, civəporometriya üsulu ilə məsamələrin ölçülərinə paylanmasının müəyyən olunması və s. göstərmək olar.
Kontakt kütlənin mexaniki möhkəmliyinin öyrənilməsi də çox şaxəlidir və hidrodinamiki reaksiya şəraiti ilə müəyyən olunur. Əgər süzülən səth vardırsa, onda materialın əzilməyə davamlılığı, qaynar lay halında sürtülüb yeyilmə indeksi müəyyən olunur. Bu üsulların siyahısını atırmaq olar, belə ki, hazırda katalizatorların tədqiq olunması onların işlənib-hazırlanma üsullarından irəlidə durur.
Katalizatorların stabilliyinin, yəni kontakt kütlənin istismar vaxtının qiymətləndirilməsi istiqamətində aparılan tədqiqat üsulları çox az işlənib-hazırlanmışdır. Hal-hazırki dövrdə aktivliyin düşməsi dəlillərin ekstrapolyasiyasından istifadə olunur, ya da katalizatorların yüksək temperaturda sürətli dezaktivasiyası aparılır, lakin bu üsullar kontakt kütlənin stabilliyini qismən qiymətləndirir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə