Kimya 2017-10-12

Katalizator və adsorbentlərin hazırlanma texnologiyası

Katalizator və adsorbentlərin hazırlanma texnologiyası

E-mail Üzvlüyü

Mahiyyətinin sirli saxlanmasına baxmayaraq insanlara bir təzahür kimi çoxdan məlum olan kataliz XX əsrdə kimya, fizika, sonradan fiziki-kimya, termodinamika və s. sahəsinə qədər inkişaf etmişdir. Katalizatorlar canlı təbiətdə və sənayedə son dərəcə əhəmiyyətli rol oynayırlar. Bu gün kimyanı, neft kimyasını və neft emalını katalitik proseslərsiz təsəvvür etmək çətindir. Neft emalının 80-85%-ni katalitik proseslər təşkil edir. Katalitik proseslərin varlığının çox qədim tarixi olmasına baxmayaraq, ancaq elmi cəhətdən tədqiqinə XIX əsrin sonunda başlanılmış- dır. Kimya sahəsinin inkişafında katalitik proseslərin dünya miqyasında əvəz olunmaz rolu Berselius, Zelinskiy, Balandin, Kobozev, Roqinskiy, Boreskov və s. Azərbaycanlı alimlərdən Y. Məmmədəliyev, M. Nağıyev, V. Əliyev, M. Rüstəmov, T. Şaxtaxtinski, T. Alxazov, A. Əliyev, T.Nağıyev, Ə.Məcidov, D.Tağıyev və b. danılmazdır. Katalizatorlar kimyəvi çevrilmənin sürətini tənzimləyir, məqsədli məhsulun alınma istiqamətini sürətləndirir. Kimya sənayesinin proqressiv inkişafına əsaslanaraq yeni maddələrin alınması, imkanlı xammallardan istifadə olunması, yeni texnoloji sxemlərin seçilməsinin müvəffəqiyyəti aktiv katalizatorların tətbiqi ilə təyin olunur. Yeni proseslər və onların təkmilləşdirilməsi texniki tərəqqinin əsas amilidir. Doğrudan da əgər biz potensial mümkün olan bütün proseslər üçün katalizatorların optimal tərkibini təyin etsəydik iqtisadiyyatda böyük nailiyyət olardı. Katalizatorların seçilməsi və hazırlanmasının elmi əsaslarının yaradılması kimya elminin əsas məsələlərindən birisidir.

Təqdim olunan dərslikdə müəlliflər kataliz və katalizatorlar, katalitik proses və reaksiyalar, katalizin əsas mərhələləri, sənaye heterogen katalizatorları, adsorbent və daşıyıcıların istehsalı, katalizatorların istehsal avadanlıqları barədə ətraflı məlumat vermişlər. O cümlədən, müxtəlif katalizatorların əsas xarakteristikaları və onların istehsal texnologiyası ətraflı şərh olunmuşdur. Dərs vəsaitindən bakalavr və magistr pilləsində təhsil alan tələbələr, aspirantlar, mühəndislər, neftin emalı sahəsində işləyən mütəxəssislər və texniki işçilər istifadə edə bilər.

Kitabı yüklə


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti