Kimya 2018-01-17

Kalsiumun insan bədənindəki rolu

Kalsiumun insan bədənindəki rolu

E-mail Üzvlüyü

Kalsium sağlamlığımız üçün müsbət və mənfi təsirlərə sahib elementdir. ABŞ-da 25 milyon insana kalsium çatışmazlığı səbəbindən osteoporoz diaqnozu qoyulmuşdur.

Kalsium bədənimizdə sümükləri və dişləri güclü və sağlam saxlayan bir elementdir. Vücudumuzdakı kalsium miqdarının 99 %-i sümüklərdə və dişlərdə,digər 1 %-i isə qanda və toxumalarda mövcuddur. Təzyiqi,ürək döyüntülərini tənzimləmə və qan laxtalanması ilə bağlı vəzifələri var. Sinir sisteminin də kalsiuma ehtiyacı var.

Hamiləlikdə kalsiumdan istifadə

Hamiləlik zamanı yetərli miqdarda kalsium olmasa körpə ehtiyacını ananın vücudundan əldə edir. Bu da ananın doğumdan sonrakı zamanlarda sağlamlağının pozulması ilə nəticələnir.

Araşdırmalar zamanı məlum olub ki,kalsium azlığı olan qadınların qanlarında körpəyə zərərli olan maddələrin artmasına səbəb olur.

Kalsium azlığının yaranması

Gündəlik qəbul edilən qidalardakı kalsium miqdarının azlığından vücudumuz, sümüklərdə,dişlərdə və toxumalarımızdakı kalsiumdan istifadə edir. Nəticə etibarilə kalsium azlığı yaranır və bu dişlərimizdəki xəstəliklərin yaranmasına oynaqlarda sümüklərdə zəifləməyə və başqa problemlərə yol açır. Əzələlərdə ağrılar,qıc olmalar,ürək spazmaları,dırnaqlardakı qırılmalar yuxu porblemləri,oynaq ağrıları,dişlərin çürüməsi, dişəti problemlərinin ortaya çıxması və s. əlamətlər kalsium azlığını göstərir.

Kalsiumun azlığı kimi artıqlığı da problemlər yaradır. Beləki, kalsium artıqlığı böyrəklərdə daş yaranma riskini artırır.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti

Bizi İzləyin