Kimya 2019-02-20

İzomerləşmə Proseslərinin Katalizatorları

İzomerləşmə Proseslərinin Katalizatorları

E-mail Üzvlüyü

Keyfiyyətli benzinə tələbat gündən-günə artmaqdadır. Benzinin oktan ədədini aromatik karbohidrogenlər hesabına artırmaq ekoloji cəhətdən əlverişli olmadığından benzinin keyfiyyətini artırmaq üçün izokomponentli alkilatlardan istifadə edilməsi daha məqsədəuyğun hesab olunur. Benzinin tərkibində izokomponentlərin miqdarı artdıqca ekoloji cəhətlə yanaşı detonasiyaya qarşı davamlılıq da artmış olur. Parafinli neftlərin benzin fraksiyasının tərkibində adətən normal alkanların miqdarı çox olduğundan detonasiyaya davamlılığı aşağı olur. Detonasiyaya davamlılığı artırmaq üçün normal alkanları izomerləşdirmək lazımdır.

Alkanların C5-C6 izomerləşmə prosesinin əhəmiyyəti benzin fraksiyasının riforminqinin sürətli inkişafı ilə əlaqədardır. Alkilləşmə prosesində izobutan ilə butilendən alınan komponentlərin 80%-nin qaynama temperatur intervalı 70-1300C olduğundan detonasiyaya davamlılığı artırmaq üçün yeganə yol C5-C6 n-alkanların heterogen katalizatorlar üzərində izomerləşməsidir. Bununla yanaşı benzin fraksiyasının piroliz prosesində C5-C7 normal karbohidrogenləri alınır. Bunların izomerləşməsi həm iqtisadi, həm də ekoloji cəhətdən əlverişlidir.

Karbohidrogenlərin izomerləşmə reaksiyası əsasən turşu tipli katalizatorlarda (bərk və maye turşular) gedirlər. Əsaslar üzərində izomerləşmə sürəti çox yavaş olduğundan praktiki əhəmiyyətə malik deyildirlər. Sənayedə karbohidrogenlərin izomerləşmə fraksiyası H2SO4 və AlCl3 üzərində tətbiq olunmuşdur. Alkan və olefinlərin skelet izomerləşmə reaksiyası adi izomerləşməyə nisbətən çətin prosesdir. Skelet izomerləşmə üçün katalizatorun turşuluğu yüksək olmalıdır və eyni zamanda yüksək temperatur şəraiti tələb olunur. Normal alkanları izomerləşmə prosesinin aparılma temperaturuna görə üç qrupa bölmək olar. Birinci qrupa aşağı temperaturda 2000C-yə qədər, ikinci qrupa orta temperaturda 200-3800C-yə qədər, üçüncü qrupa yüksək temperaturda 3800C-də aparılan proseslər daxildir. İzomerləşmə prosesinə belə yanaşmaqla onları, məlum katalizatorların aktivliyinə görə üç qrupa bölmək olar. Bu halda hər qrup katalizatorların kimyəvi tərkibi və təbiətini də nəzərə almaq lazımdır. İzomerləşmə reaksiyasında çoxlu miqdarda qaz, maye və bərk katalizatorlardan istifadə edilir. Bu katalizatorlar aktiv birləşmələr olub aşağıdakılardan ibarətdir:

- Əsaslar, hidroksidlər, aminlər, hidridlər;

- Hidrogenli turşular (sulfat, hidrogenflorid, florsulfenlər);

- Yüksək turşulu;

- Alüminium hallogenləri (AlCl3+HCl; AlBr3+HBr);

- Bərk oksid və sulfidlər ( Al2O3 ; nAl2O3 . mSiO3; );

- Xüsusi daşıyıcılar üzərində hopdurulmuş metallar (Pt və ya Pd Al2O3 üzərində).

Birinci növ katalizatorlardan hidrogen florid qaz halında buten-1-in, buten-2 -yə və n-butanın izobutana izomerləşmə reaksiyasında istifadə edilir. Maye fazada izomerləşmə katalizatorları kimi sulfat turşusu və onun törəmələrindən istifadə edilir. Bunların ümumi formulu XSO3H:

- Xlorsulfitli ClSO3H;

- Flor sulfitli FSO3H;

- Etansulfoturşu C2H5SO3H;

- Benzolsulfoturşu - C6H5SO3H;

- Toluolsulfoturşu CH3C6H4SO3H və s.

Bununla yanaşı orta fosfat turşusu H3PO4, xlor turşusu HClO4, hidrogen florid HF istifadə olunur. Bu göstərilən katalizatorlar 0 0C-dən 1500C temperatur intervalına qədər izomerləşmə reaksiyasında aktivliyə malik olurlar. Maye fazada izomerləşmə reaksiyası temperaturun artması ilə artır və çox yüksək temperaturda izomerləşmə reaksiyası kəskin azalır, bu da kənar reaksiyaların getməsindən irəli gəlir. Maye hidrogenli turşularla doymuş və olefin karbohidrogenlərin izomerləşməsi aparılmışdır. 

1) İzoparafində metan quruluşun miqrasiyası və s. Məsələn, 3-metilheksan hidrogenli turşu katalizatoru iştirakı ilə 70- 1100C-da 2-metilheksana çevrilir.

2) Normal parafinlər skelet izomerləşməyə uğradılır. Bu proses maye katalizator XSO3H üzərində aparılır.

3) Olefinlərin sis-trans izomerləşməsi hidrogenli turşular (HCl, HBr, H2SO4) üzərində aşağı və yüksək temperaturda aparılır.

4) Olefinlərdə ikiqat rabitənin miqrasiyası. Bu proses üçün sis-trans izomerləşmə prosesinin katalizatorlarından istifadə olunur.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti