İqtisadiyyat 2018-02-14

İnflyasiyanın səbəbi nədir?

İnflyasiyanın səbəbi nədir?

E-mail Üzvlüyü

İnflyasiya qiymətlərin ümumi səviyyəsinin artması deməkdir.
İnflyasiyanın səbəbi nədir? Bu suala cavab vermək üçün pulun kəmiyyət nəzəriyyəsindən(Ekonomiksin 10 prinsipi) istifadə edərək deyə bilərik ki,ölkə çox pul çap edəndə malların qiyməti artır. İqtisadçıların bir çox nəsli həmçinin XIX əsrin görkəmli filosofu Devid Yum və məşhur müasir iqtisadçı Milton Fridman pulun kəmiyyət nəzəriyyəsinin prinsipləri ilə şərikdirlər. Bu nəzəriyyə ABŞ–da müşahidə olunan mülayim inflyasiyanı, həmçinin 1920-ci illərdə baş vermiş hiperinflyasiyanı izah etməyə kömək edir.

Nəyə görə inflyasiyaya bu qədər diqqət yetirilir? İlk baxışdan bu sualın cavabı aydındır. Çünki o, müxtəlif ölkələrin əhalisi üçün xeyli çətinlik yaradır. 1970–ci illərdə ABŞ-da inflyasiyanın nisbətən yüksək templəri müşahidə olunanda ictimai rəyin sorğularının nəticələri daimi olaraq onu kəskin milli problemlər sırasına qoyurdu. 1974-cü ildə prezident C.Ford inflyasiyanı «hökumətin bir nömrəli düşməni» adlandırdı və bir ara o WIN abreviaturalı(Whip Inflation Now) nişan taxırdı. Bəs cəmiyyətin əhvalında özünü əks etdirən real inflyasiya xərcləri nədən ibarətdir? Ola bilsin bu sualın cavabı sizə təəccüblü gəlsin. Məsələ burasındadır ki, onlar ilk baxışdan göründüyü kimi aydın deyil. Halbuki, bütün iqtisadçılar hiperinflyasiyaya qarşı çıxış etsələr də, onlardan bəziləri belə hesab edirlər ki. mülayim inflyasiyanın məsrəfləri əhalinin əksəriyyətinin təsəvvür etdiyi qədər ciddi deyil. Təsəvvür edin ki,hər hansı müddətdə bir stəkan dondurmanın qiyməti 10 sentdən  1 dollara qədər artdı. İnsanların eyni məhsula daha çox pul verməyə hazır olmasından necə nəticə çıxarmaq olar? Bəlkə, onlar dondurmadan əvvəlkinə nisbətən daha çox həzz alırlar (məsələn, ola bilər ki, dondurmaya yeni aromatlı maddələr qatılıb və o əvvəlkindən daha da dadlı olub) ? Amma çox güman ki, dondurmadan alınan həzz elə eynidir, yalnız onun alış qiyməti yüksəlib. Beləliklə, inflyasiya ilk baxışdan məhsulların qiymətinin deyil, pulun dəyərinin dəyişməsi ilə əlaqədardır.

Qiymətlərin ümumiqtisadi səviyyəsi iki şəkildə təhlil edilə bilər. Onlara əsasən istehlak səbətinə daxil olan əmtəələrin və xidmətlərin qiyməti kimi baxılır. Bu göstərir ki, qiymətlərin səviyyəsi artdıqda əhali aldığı əmtəə və xidmətlərə görə daha çox pul ödəməyə məcburdur. Lakin biz qiymətlərin səviyyəsini dəyər ölçüsü və ya pulun dəyəri kimi də nəzərdən keçirə bilərik. Yəni qiymətlərin səviyyəsinin artması pulun dəyərinin aşağı düşməsi deməkdir, ona görə ki, indi sizin pul kisənizdə olan hər bir dollar sizə az miqdarda əmtəə və xidmətlər əldə etməyə imkan verir.

Mənbə: Ekonomiksin prinsipləri(səhifə 526-529)


Digər Məqalələr

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə