Elm və Həyat 2017-11-23

Hansı alkoqollu içkilər aqressiv davranışlara səbəb olur?

Hansı alkoqollu içkilər aqressiv davranışlara səbəb olur?

E-mail Üzvlüyü

Hər bir alkoqollu içkinin özünəməxsus şəkildə ruh halı yaratdığı və davranışlara yol açdığı ingilis psixoloqlar tərəfindən təsdiqləndi. 

BMJ Open-in verdiyi xəbərə görə Böyük Britaniya Beynəlxalq Səhiyyə Xidmətindən Mark Bellis "Rom, vodka, cin və digər sərt alkoqollu içkilərin tarixi şiddətlə doludur. Bu qlobal araşdırma bu gün belə bu spirtli içkilərin istifadəsi zamanı insanların aqressiv davranışları artığını göstərir"-deyə açıqlama verib.

Araşdırma zamanı 21 ölkədən qatılan təxminən 29 min gənc qadın və kişiyə bəzi suallar verilərək anket düzəldildi. Gənclərə hansı içkini istifadə etdiklərini,hansıları sevdiklərini və bu içkilərin onlarda yaratdığı hisləri,içki məkanlarında dava-dalaşla qarşılaşıb qarşılaşmadıqları soruşulub.

Araşdırmadan məlum olub ki, qırmızı şərab və pivə sevənlər qırmızı şərab və pivə içdikdə yorğunluq hiss etdikləri halda sərt içki sevənlər də bu cür hal yaşanmıyıb. Sərt içki sevənlər qırmızı şərab və pivə içdikdə özlərində cəsarət və qarşı cinsə qarşı meyillilik hislərinə qapılırlar. Ən bəlirsiz içki ağ şərabdır ki,onun yaratdığı təsir çox qarma-qarışıq olur.

Araşdırma nəticələrinə görə ən çox aqressiv davranışlara yol açan içkilər vodka, cin və romdur.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə