ABŞ alimlərinə görə göbələk yemək ömrü uzadır,insanı gəncləşdirir.
Pensilvaniya Universitetinin internet səhifəsində dərc olunan məqaləyə görə elm adamları göbələklərdə çoxlu miqdarda erqotionein və qlutation antioksidantların olduğunu müəyyən ediblər. Dr.Robert Bilmanın verdiyi açıqlamada göbələklərin iki antioksidanta sahib olduğunu açıqlayıb. Alimlər bu iki antioksidantın ən çox Boletus edulis kimi bilinən göbələklərdə olduğunu da deyiblər.