loading...

Fərdi naqilsiz şəbəkələr

İnformasiya verilişinin fərdi naqilsiz şəbəkələri (FNŞ) - elə texnologiyadır ki, bu zaman naqil olmadan informasiya qurğularının onlarla santimetrdən 10 metrə qədər radiusunda qarşılıqlı təsirlərini təmin edirlər. Belə qurğulara ən sadə misal - məişət texnikası avadanlığının infraqırmızı diapazonda təsir göstərən distant idarə pultunu göstərmək olar. Yerinə yetirdikləri funksiyaların primitivliyinə baxmayaraq, bu qurğuların dəstəklədiyi mübadilə protokolları (ən geniş yayılanı RC-5 - dir) tam olaraq şəbəkə protokollarının sadə tələblərinə cavab verirlər. Kompüterlərdəki İK-portlarını(infraqırmızı port) da qeyd etmək olar. Lakin İK-diapazonunda rabitə, bir sıra qarşısı alma bilməyən çətinliklərə malikdir ki, bunlardan ən əsası qəbuledici və verici arasında düz görünüşün olmasıdır.

XX əsrin 90-cı illərində aktiv inkişaf edən daha təkmil texnologiya - naqilsiz radioşəbəkələrdir. Yaxın vaxtlara qədər fərdi naqilsiz şəbəkələr sahəsində iki əsas namizəd mövcud idi:

Bluetooth və HomeRF 2,0.

Yuxanda qeyd etdiyimiz kimi, hal-hazırda Bluetooth standartı kütləvi olaraq geniş yayılmışdır. Bu standart 2002-ci ildə IEEE 802.15.1 standartına - Wireless Medium Access Control (MAC) and Phyisikal Layer (PHY) Specifications for Wireless Personal Area Networks (WPANs)” - Fərdi naqilsiz şəbəkələrin kanalına və fiziki səviyyəsinə daxilolmaya nəzarətin spesifikasiyası - daxil edilmişdir.

Bluetooth texnologiyasının ən geniş yayılmış tətbiq variantı - iki qurğu arasında birləşdirici naqilin əvəz edilməsidir (məsələn, qamitur və mobil telefon arasında). Bu standart çox universaldır. Ona görə də bəzi tətbiq sahələrində ya onun sürəti çatmır (məsələn, videosiqnalın ötürülməsi zamanı), ya da daha sadə və ucuz qurğular tələb olunur. Bu iki əksliyi həll etmək üçün, işçi qrup İEEE 802.15.1 standartı ilə kifayərlənməyərək, yeni iki tədqiqat qrupu da yaratdı (Tg3 və Tg4). Nəticədə 2003-cü ildə iki yeni standart dərc olundu: İEEE 802.15.3 - *‘Wireless Medium Access Control (MAC) and Phyisikal Layer (PHY) Specifications fo r High Rate Wireless Personal Area Networks (WPANs) ” və İEEE 802.15.4 - Wireless Medium Access Control (MAC) and Phyisikal Layer (PHY) Specifications fo r Low-Rate Wireless Personal Area Networks (LR - WPANs) ” - yiiksəksürətli və aşağısürətli fərdi naqilsiz verilənlərin ötürülməsi şəbəkələri üçün yaradılmış oldu.

Graphic Designer / Qrafik Dizayner

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.