Epoksid Oliqomeri

Epoksid Oliqomeri

Epoksid oliqomeri ilk dəfə olaraq laboratoriya şəraitində 1930-cu ildə İsveçrə alimi Paul Kastan tərəfindən alınmışdır.Sənaye miqyasında xammalın çətin alınması səbəbindən 1948-ci ildə istehsal olunmuşdur.ABŞ-da epoksid oliqomerinin istehsalı Paul Kastandan sonra Qrinil tərəfindən 1943-cü ildə həyata keçirilmişdir.Qrinil eyni zamanda müəyyən etmişdir ki, epoksid birləşmələri aromatik aminlərlə, fenol-formaldehidin reaksiya məhsulları ilə yaxşı qarışmaq qabiliyyətinə malikdir.Qrinil göstərmişdir ki, epixlorhidrinlə qliserinin, rezorsinin və ya bisfenolun qarşılıqlı təsirindən alınan epoksid birləşmələri ilə anilin-formaldehid oliqomerinin qarışığı uzun müddət davamlıdır və bərkidici əlavə etməklə ondan örtük kompozisiyalarının alınmasında istifadə etmək olar. Alınan belə örtük kompozisiyasında çatların əmələ gəlməsinin qarşısı alınır.Epoksid oliqomerinin fenol-formaldehid və ya amin-aldehid oliqomerləri ilə modifikasiyası nəticəsində yeni qiymətli göstəricilərin əmələ gəlməsi ilə yanaşı alınan kompozisiyanın maya dəyəri aşağı olur. Bu istiqamətdə aparılan işlər Qrinilin adı ilə bağlıdır.

Tərkibində reaksiya qabiliyyətli epoksid qruplarının olması, onun bir çox birləşmələrlə məsələn: fenolla, spirtlərlə, aminlərlə və s. asanlıqla müxtəlif tip reaksiyalara girməsinə səbəb olur. Tərkibində iki və ya daha çox epoksid qrupu olan epoksid oliqomerinə tikici agent (bərkidici) əlavə etdikdə o, müəyyən şəraitdə əriməyən və həllolmayan tikilmiş quruluşlu birləşməyə çevrilir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə