Elm və Həyat 2018-07-16

Emosional Yanma Sindromu

Emosional Yanma Sindromu

E-mail Üzvlüyü

İnsan həvəslə hansısa bir işə başlayır, sonra anidən ruhdan düşür,ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. Daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur, - bu proses “emosional yanma sindromu” adlandınır. Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur. 

Hansı hallarda baş verə bilər: 
- İş statusunda heç bir dəyişikliyin olmaması - işin monoton olması və ya əmək haqqının azlığı. 
- Müsbət nəticələri dəyərləndirməmək - İşə çoxlu enerji sərf etmək.
- Gərək olmayan tənqid - İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər. 
- İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi. 
- Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
- Gələcəyə aid perspektivlərin görünməməsi. 
- İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.

Emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür:

 - Subyektiv (fərdi xüsusiyyətlər)

- Obyektiv ( situativ faktor).

Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s. Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar.

Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.

Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. 

Əsas üç mərhələdən ibarətdir:
Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.
İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur. 
Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir. 
Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:
1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir. 
2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil. 
3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.
4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır. 
5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq. 
6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. 

 

Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz xəyallarınıza vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti