loading...

Elektrik enerjisi istehsal edən iplik ixtira olundu

Texas Universiteti və Cənubi Koreya Hanyanq Universitetindən olan elm adamları birlikdə əyiləndə və ya büküləndə elektrik enerjisi istehsal edən iplik ixtira olundu. Avqustun 25-də Science jurnalında yayımlanan araşdırmada tvistron adlanan bu iplik sayəsində okean dalğalarından istilik dəyişiminə qədər bir çox sahə enerjiyə çevrilə bilər. Sadə şəkildə desək bu iplikdən bir köynək toxunsa öz-özlüyündın elektrik enerjisi ala bilər, telefonunuzu köynəyinizlə enerji ilə doldura bilərsiniz. İxtiraçılar insan saçından on min dəfə incə olan karbon “nanotube”istifadə edərək ipliklər hazırladır. İplik büküldükdə karbon “nanotube” həcmi azalır,ipliklər bir yerə gəldikdə enerji artımı baş verir. Saniyədə 30 bükülmə təmin olunduqda hər kq başına 250 wt elektrik enerjisi alınır. Bu da olduqca yüksək bir enerjidir.

Mənbə:

http://science.sciencemag.org/content/357/6353/773

https://techxplore.com/news/2017-08-batteries-required-energy-harvesting-yarns-electricity.html

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.