loading...

Ekvivalentlər qanunu

Tərkibin sabitlik qanunundan belə nəticə çıxır ki, elementlər bir-birilə olduqca müəyyən miqdari nisbətlərdə reaksiyaya daxil olurlar (paylar qaydası ). Bununla əlaqədar kimyaya ekvivalent və ekvivalent kütlə anlayışları daxil edilmişdir. Müasir anlayışa görə elementin bir mol hidrogen atomları ilə birləşən və ya həmin miqdar hidrogen atomlarını əvəz edən miqdarı onun ekvivalenti adlanır. Məsələn, HCl, H2S, NH3, CH4 birləşmələrində Cl, S, N və C-nun ekvivalenti uyğun olaraq 1mol Cl, 1/2 mol S, 1/3mol N və 1/4 mol C təşkil edir(Bax: Tərkibin sabitlik qanunu).

Elementin 1 mol-ekvivalentinin kütləsı onun ekvivalent kütləsi (ME) adlanır. Bu baxımdan göstərilən misallarda xlorun, kükürdün, azotun və karbonun ekvivalent kütləsi uyğun olaraq 35,45 q/mol, 32/2 = 16 q/mol, 14/3 = 4,67 q/mol və 12/4 = 3 q/mol olacaqdır.

Ekvivalent və ekvivalent kütlə adətən maddənin tərkibinin miqdari analizi və ya bir elementin digəri ilə əvəz olunmasından alınan nəticələr əsasında müəyyən edilir. Ekvivalenti təyin etmək üçün elementlərin hidrogenli birləşmələrindən istifadə olunması məcburi deyildir. İxtiyari elementin ekvivalenti onun ekvivalenti məlum digər elementlə birləşməsinin miqdari tərkibı əsasında hesablana bilər. Bir çox elementlər bir-birilə bir neçə birləşmə əmələ gətirir. Buradan aydın olur ki, belə birləşmələrdə element bir neçə ekvivalentə və ya ekvivalent kütləyə malik olur. Belə hallarda həmişə elementin ekvivalentlərinin nisbəti sadə tam ədələrin nisbəti kimi olur. Məsələn, CO və CO2-də karbonun ekvivalenti uyğun olaraq 1/2 mol C və 1/4 mol C və ya ekvivalent kütlələri 6 q/mol və 3 q/mol təşkil edir. Bu ədədlərin nisbəti isə 2:1 kimidir. Ekvivalent və eləcə də ekvivalent kütlə anlayışları eyni mənada mürəkkəb maddələrə aid edilir.

Mürəkkəb maddənin ekvivalenti qalıqsız olaraq bir ekvivalent hidrogenlə və ya ixtiyari digər maddənin bir ekvivalenti ilə təsirdə olan miqdarına deyilir.

Ekvivalent anlayışının kimyaya daxil edilməsi İ.Rixter tərəfindən ekvivalentlər qanununun kəşf olunmasına səbəb olmuşdur.

İ.Rixter apardığı tədqiqatlar nəticəsində (1792-1800) ekvivalentlər qanununu kəşf edilmişdir: Maddələr bir-birilə ekvivalentlərinə mütənasib miqdarlarda qarşılıqlı təsirdə olurlar. Bir sıra məsələləri həll etdikdə ekvivalentlər qanununun aşağıdakı ifadəsindən istifadə etmək əlverişli hesab olunur: Reaksiyada iştirak edən maddələrin kütlələri (həcmləri) nisbəti onların ekvivalentlərinin molyar kütlələrinin (həcmlərinin) nisbəti kimidir.

Göstərilən qanunu riyazi şəkildə aşağıdakı kimi ifadə etmək olar:

mA : mB : ... = ME(A) : ME(B) : ...

Maddələr qaz halında olduqda:

VA : VB: ... = VE(A) : VE(B) ...

Burada mA (VA) və mB (VB ) – uyğun olaraq A və B maddələrinin reaksiyada iştirak edən kütlələri (həcmləri), ME(A), (VE(A) ) və ME(B) (VE(B)) isə onların ekvivalent kütlələridir (həcmləridir).

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.