loading...

Dəniz suyundan hidrogen əldə edən katalizator

Dəniz suyundan hidrogen almaq əvvəl də mümkün idi, ancaq bunun üçün elektrik enerjisindən istifadə edildiyinə görə bu üsullar maliyyə tələb edirdi. Ancaq Mərkəzi Florida universitetindən alim Yanq günəş enerjisindən istifadə edərək daha ucuz üsulla hidrogen istehsal edə bilən yeni hibrid nanomaterial yaratdı. Bunun sayəsində təmiz yanacaq mənbəyimizi tapmış sayıla bilərik.

Yanq artıq 10 ildir ki, bunun üstündə araşdırmalar aparırdı. O ilk növbədə günəş enerjisindən istifə etməklə hidrogen istehsalını saf üzərində reallaşdırmağa çalışırdı. Ancaq dəniz suyu ilə o qədər də asan deyil. Çünki dəniz suyunun korroziyaya uğratma qabiliyyətinin qarşı gələ biləcək fotokatalizatora ehtiyac var. Yanq hibrid materiallar hazırlayan fotokatalizator kəşf etdi.  Üzərindəki çox incə titandioksidi korroziyaya uğradaraq nano boşluqlar hazırlandı.Sonra isə həmin nano boşluqlar molibden disulfidlə bağlanır. Beləcə tək bir atom qalınlığında iki tərəfli maddə kəşf etməyə müvəffəq oldular.

Mənbə: Phys.org
 

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.