Tarix 2019-09-09

Çin Mifologiyası

Çin Mifologiyası

E-mail Üzvlüyü

Çinin ən qədim tarixi hadisələri müxtəlif əsatirlərdə öz əksini tapmışdır. Çinin digər sivilizasiyalardan nisbətən təcrid olunması və çinlilərin sivilizasiyasının uzunömürlülüyü, fasiləsiz mövcudluğu Çin mifoloji düşüncəsinin özünəməxsus cəhətləridir. “Fal yazıları”, “Bambuk salnamələri”, “Çun-Syu” (“Bahar və payız”), “Şiszin” (“Mahnılar kitabı”), “Şuszin” (“Sənədlər kitabı”) və digər qədim mənbələr Çin mifologiyasını öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Qədim Çin allahlar panteonunda “ali hakim”, “ali əcdad” Şandi (ən qədim mətnlərdə Di) uzun müddət baş allah hesab olunmuşdur. Yan-di (alovun hakimi), Çi-di (qırmızı hakim)-Günəş allahı, Cənub hakimi kimi tanınmışdır. Si-Vanmu (Qərbin hakimi) qadın ilahəsi olub ölməzlik dərmanına sahib olmuşdur. Bəzi qədim mətnlərdə Si-Vanmu ölülər səltənətinin ilahəsi, ölüm və xəstəliklər allahı funksiyasını icra edir. Çin allahlar panteonunda müharibə və sərvət allahı kimi tanınan Quan-di özünün real cizgiləri ilə fərqlənir. Bütün bunlardan əlavə, Çində ümumi panteonla yanaşı ayrı-ayrı dinlərin allahlar panteonu da möcud olmuşdur.

Çin mifoloji mətnlərində kainatın yaranması bütün ardıcıllığı və xaosun nizamlanması ilə diqqəti cəlb edir. Çinlilərin mifik təfəkkürlərində təbiətin və insanın yaranması haqqınd iki konsepsiya mövcuddur: 1) Cansız və canlı varlıqlar xaosun iki ilkin elementəişıqlı başlanğıca (yan) və qaranlıq başlanğıca (in) bölünməsi nəticəsində yaranmışdır. 2) Bütün varlıqlar transformasiya nəticəsində əmələ gəlmişdir. İnlərin təsəvvürünə görə Şan-di təkcə baş allah deyil, həm də axirət dünyasını idarə edən qüvvələrin başçısı, inlərin əfsanəvi əcdadı və hamisidir.

Çin mifoloji sistemində Pan-qu göyü və yeri bir-birindən ayıran və bədənindən kainat yaradılan ilk əcdad kimi təsvir olunur. Daşqın haqqında miflərdə Fu-si və Nyuy-va insan cütü (bacı-qardaş) kimi zooantropomorfik obrazda ilkin əcdadlar sırasındadır.

Çin mifologiyasında dörd müqəddəs canlının-əjdaha, pələng, simurğ (feniks) və tısbağanın xüsusi yeri vardır. Əjdaha baharın və Şərqin, pələng payızın və Qərbin, feniks yayın və Cənubun, tısbağa qışın və Şimalın simvolu sayılırdı. Çinlilərin mifik düşüncəsində Əjdaha su stixiyasının hakimi kimi insanlara nəmişlik bəxş edirdi. Əjdaha Səma və Yerdən sonra üçüncü yeri tuturdu. Çin mifologiyasında təbiətdə olan bütün xaos və qarışıqlığın səbəbi əjdaha hesab olunurdu. Çində əjdahanın dörd tipi mövcud olmuşdur: allahların məskənini qoruyan Səma əjdahası, yağış və külək göndərən İlahi əjdaha, suların istiqamətini və dərinliyini müəyyənləşdirən Yer əjdahası və xəzinələri mühafizə edən əjdaha. Bunlardan əlavə, Çin mifologiyasında at kultu ilə bağlı təsəvvürlər də geniş yayılmışdır.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə