Texnologiya 2020-04-17

Bluetooth Texnologiyası

Bluetooth Texnologiyası

E-mail Üzvlüyü

Bluetooth - Danimarka kralı Harald Blutendin ləqəbidir və “mavi diş” mənası verir. Kral bu ləqəbi ön dişlərinin tündləşməsi sayəsində qazanmışdı (Qaragiləni xoşladığı üçün onun dişləri həmişə gömgöy olurmuş). Həmin kral onunla məşhurdur ki, 1000 ilə yaxın bundan əvvəl Danimarka ilə Norveçi birləşdirə bilmişdi. Bu ad, baxılan standart üçün ona görə seçilmişdir ki, ilk əvvəllər Bluetooth, sadəcə olaraq kompüter və telekommunikasiya qurğusunu (məsələn, mobil telefonu) birləşdirmək üçün nəzərdə tutulmuşdu. Deməli, bu texnologiyanın mahiyyətində hansısa rəqəmli cihazları, konkret halda kompüterlə telefonu birləşdirmək xüsusiyyəti durur. Məhz bu birləşdirici xüsusiyyətinə görə qurğu Bluetooth adlandırılmışdır.

Bluetooth üzrə ideya və ilk texniki həll Ericsson (İsveç) kompaniyasının tədqiqat mərkəzində yaranmışdır. İrDA (Infrared Direct Access və ya Infrared Data Association - İnfraqırmızı port mənası verir) - birbaşa görmə məsafəsində “nöqtə-nöqtə” prinsipi ilə işləyən (dalğa uzunluğu 850 880 nanometrdir) infraqırmızı texnologiyasından fərqli olaraq, Bluetooth texnologiyası həm “nöqtə-nöqtə” prinsipi üzrə, həm də GSM mobil rabitə protokoluna oxşar olan çoxsəviyyəli protokolla idarə olunan çoxnöqtəli radiokanal kimi də işləmək üçün nəzərdə tutulmuşdur.

1998-ci ilin başlanğıcında Ericsson, Nokia, İBM, İntel və Toshiba kompaniyaları birləşərək naqilsiz rabitənin yeni texnologiyası olan Bluetooth yaratmaq barədə qərar qəbul etdilər. Nəticədə SİG (Special interest Group) - xüsusi işçi qrupu yaradıldı. Bluetooth qurğuları yaratmaq istəyən istənilən kompaniya ödənişsiz əsaslarla bu qrupa daxil ola bilər. SİG-də bir neçə min kompaniya, o cümlədən, öz kompüterləri ilə məşhur olan Apple də vardır və özünün MacOS X 10.2- əməliyyat sistemini Bluetooth üçün təklif etmişdir. SİG-ə Motorola, Compaq, Dell, Qualcomm, Lucent Technologies, UK Limited, Xircom və s. məşhur kompaniyalar da daxildir.

IEEE 802.11 standartı kimi, Bluetooth da 2,4 - 2,4835 QHs diapazonunda işləmək üçün nəzərdə tutulmuşdur. Bu tezlik diapazonu İSM (industry, Science and Medicine - sənaye, elmi və tibbi mənası verir) kimi tanınır və ölkələrin əksəriyyətində (Rusiyadan başqa) lisenziya tələb etmir. Standarta əsasən asimmetrik rejim üçün (birtərəfli ötürmə zamanı) verilənlərin ötürülməsi sürəti 720 Kbit/san və tam dupleks rejimdə (ötürücünün gücü 10 mVt olduqda) 420 Kbit/san təşkil edir. Qida mənbəyindən standby rejimində tələb olunan cərəyan 0,3 mA; veriliş/qəbul rejimində isə 30 mA-ə yaxındır. Rabitə yaradılması məsafəsi 10 metrə qədərdir, lakin bəzi şirkətlər 100 metr məsafə üçün də avadanlıq təklif edirlər.

IEEE 802.11 standartına nəzərən cəldliyinə və rabitə məsafəsinə görə geri qalmasına baxmayaraq, Bluetooth qiymətə və enerji qənaətinə görə öndədir (100 - 400 dollar əvəzinə təxminən 5 dollar). Bluetooth-un əsas üstünlüklərindən biri də odur ki, bu standart lisenziyalaşdırma tələb etmir (yəni onun istifadəsi üçün əlavə məsrəflər lazım gəlmir), yalnız ödənişsiz razılaşma tərtib edilir. Bu xüsusiyyət bir çox kompaniyalara interfeysli qurğular yaratmağa təkan vermişdir. Məsələn, Connect Blue İsveç kompaniyası mövcud olan interfeyslərdən Bluetootha keçmək üçün, ardıcıl port adapteri işləyib hazırlamışdır (Industrial Bluetooth Serial Port Adapter).

Bluetoothun əsas tətbiq sahəsi - PAN (Private Area Networks) fərdi şəbəkələridir. Burada müxtəlif növ qurğular şəbəkə şəklində birləşdirilə bilir. Səsin ötürülməsi imkanının olması Bluetooth qurğularını naqilsiz telefonlara və ya mobil telefonlar üçün nəzərdə tutulan naqilsiz qamiturlara quraşdırmağa şərait yaradır.

Bluetooth-un praktikada tətbiqi çox genişdir - PDA-nın stolüstü kompüterlə sinxronlaşdırılmasından və ya klaviatura kimi aşağı sürətli periferiyanın, yaxud “siçanın” qoşulmasından savayı, intefeys çox sadə və az məsrəflə evdə şəbəkə yaratmağa imkan verir.

Bluetoothda FHSS - metodu istifadə edilir: verilənlər paketi daşıyıcının modulyasiyası yolu ilə ötürülür. Bu metodda daşıyıcı tezlik psevdotəsadüfi alqoritmlə sıçrayışla (saniyədə 1600 dəfə) və ya 79 şablon (pattern) istifadə etməklə dəyişir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

Nanotexnologiya Koronavirusa qarşı

Müəllif: Arif Nəbizadə

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

Gündəlik Su Tələbatı

Müəllif: Xəyal Hüseynov

Elektrik Enerjisi İstehsal Edən Köynək

Müəllif: Arif Nəbizadə

Bitkidə qida çatışmazlığı

Müəllif: Əlibaba Əliyev

Kainatdakı sirli enerji

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə