Kimya 2018-09-04

Bəşəriyyətin qatili - Nüvə silahı

Bəşəriyyətin qatili - Nüvə silahı

E-mail Üzvlüyü

Nüvə silahı və ya atom silahı - atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə - trotildəkinə nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.

İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ – da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə) partladıla bilər; 1945 – ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra avqustun 6-da Yaponiyanın Xirosima və avqustun 9-da Naqasaki şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür.

Müasir nüvə silahı kompleksi müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin sintez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var. Zədələyici amil ərinin xarakteri eyni olduğu üçün hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə hidrogen - uran döyüş sursatları nüvə silahının xüsusi növləridir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir; inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir.

Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Raket-nüvə silahının meydana çıxması hərb elminin inkişafına güclü təkan verdi, döyüş əməliyyatlarının aparılması üsullarının xeyli dəyişməsinə səbəb oldu.

Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insanın bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır.

Partlayış anı ilk nüvəni parçalayan neytron kütlə daxilində zəncirvari reaksiyalar meydana gəlir. Yəni, ilk parçalanan nüvədən çıxan neytronlar başqa nüvələrlə toqquşur və bu nüvələri də parçalayır. Beləliklə, bütün nüvələr sürətlə zəncirvari şəkildə parçalanır və çox qısa zaman ərzində böyük partlayış baş verir.Partlayışdan saniyənin mində biri qədər sonra partlayan qaz kütləsinin diametri böyüyür və ətrafa müxtəlif şüalar yayılır. Bu şüalar "başlanğıc parıltı"sını meydana gətirir. Bu parıltı onlarla kilometr uzaqda olan hər hansı bir insanda korluğa səbəb ola bilər. Belə ki, bu parlaq işıq Günəş səthindən yayılan işıqdan yüzlərlə qat daha böyükdür. Partlayış anından başlayaraq keçən zaman elə qısadır ki, partlayışın yaxınında olan adam gözlərini qırpmağa belə vaxt tapa bilmir.

Şokun təzyiqi ilə elektrik qül ələri, iki hissədən ibarət olan körpülər və şüşə-polad konstruksiyalı göydələnlər də dağılır. Partlayışın yaxınlığında pudraya bənzər incə toz kütləsi havaya qalxır. Partlayışdan 2 saniyə sonra parlayan kütlə və onu əhatə edən hava alov topu meydana gətirir. Səthi çox isti və Günəşdəki qədər hət a ondan da parlaq olan bu alov topundan yayılan istilik 4-5 km sahədəki bütün yana bilən maddələri alovlandırmağa kifayət edir. Alov topunun parlaqlığı da gözlərə bərpa edilməyən zərər verə bilər. Burada alov topunun ətrafında çox böyük sürətlə yer dəyişdirən şok dalğası olur. Partlayışdan 6 saniyə sonar şok dalğası yerə dəyir və ilk mexaniki zərərlərə səbəb olur. Dalğa şiddətli hava təzyiqi yaradır və bu təzyiqin şiddəti partlayış mərkəzindən uzaqlaşdıqca azalır. Bu yerdən təxminən 1,5 km uzaqda belə təzyiq normal atmosfer təzyiqindən təxminən iki qat artıq olur. Bu təzyiqdə insanların sağ qalma ehtimalı 1% - dir. Partlayışdan 13 saniyə sonar şok dalğası yayılır və onu alov topunun qovduğu havanın yer dəyişdirməsi səbəbindən yaranan partlayış izləyir. Bu partlayış saatda 300–400 km sürətlə yayılır. Bu zaman alov topu soyuyur və həcmi azalır. Havadan yüngül olduğu üçün yüksəlməyə başlayır. Yuxarıya doğru yönələn bu təzyiq yerdəki küləyin istiqamətinin dəyişməsinə səbəb olur və şiddətli külək partlayışdan əvvəl partlama mərkəzindən kənara doğru əsirdisə, indi mərkəzə doğru əsməyə başlayır. Partlayışdan 30 saniyə sonar alov topu yüksəldikcə kürə forması dəyişir və göbələk formasına çevrilir.

Partlayışdan 2 dəqiqə sonar göbələk formalı bulud 12.000 metrlik yüksəkliyə, yəni atmosferin stratosfer təbəqəsinin altına qədər yüksəlir. Bu yüksəklikdə əsən küləklər göbələk formasında olan buludu yavaş-yavaş dağıdır və buludu yaradan maddələri (əsasən radioaktiv qalıqları) atmosferə yayır. Bu radioaktiv qalıqlar çox xırda olduqlarından atmosferin daha yüksək qatına çıxırlar. Bu qalıqlar yerə düşmədən əvvəl atmosferin üst təbəqələrindəki küləklər vasitəsilə dünyanın ətrafında bir neçə dəfə fırlanır. Beləliklə, radiasiya qalıqları dünyanın hər tərəfinə yayılır.

Atom partlayışlarında sonra yaranan şüalar canlılar üzərində ya birbaşa ya da partlayış əsnasında meydana gələn zərrəciklər vasitəsilə təsir edir. Bu zərrəcik və ya şüalardan maddə daxilində sürətlə hərəkət edir və qarşısına çıxan atom və ya molekul arla çox şiddətli şəkildə toqquşur. Bu toqquşma hüceyrənin həssas quruluşu üçün fəlakət ola bilər. Hüceyrə ölə bilər və ya sağalsa belə, daxilində bəlkə həftələr, aylar, il ər sonra meydana gələn xərçəng xəstəliyi yarana bilər. Bütün bu sadalananlara gözümüzlə belə görə bilmədiyimiz atomlar səbəb olur. Atomlar bəzən həyat verir, bəzən də həyatı məhv edir.

Nüvə partlayışı nəticəsində 5 növ zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Onlara daxildir: zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impuls.

Nüvə partlayışı enerjisinin təqribən 50% – zərbə dalğasının, 35%–işıq şualanmasının, 10% – ərazinin radioaktiv çirklənməsinin, 4% – nüfuzedici rasiasiyanın və 1% – elektromaqnit impulsunun yaranmasına sərf olunur.

Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, dalğanın surət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Izafi təzyiq hər kv. sm. kq. qüvvə ilə ifadə olunur və KP (kilopaskalla) ölçülür. Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif dərəcəli zədələr alırlar. İzafi təzyiqin miqdarından asılı olaraq zədələr aşağıdakı növlərə bölünür:

– Yüngül zədələnmə - izafi təzyiq 20 – 40 kPa bərabər olanda baş verir. Bu zaman yüngül kontuziya, qol və qıç nahiyələrinin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti itirilməsi baş verir;

– Orta zədələnmə – izafi təzyiq 40 – 60 kPa bərabər olanda baş verir. Belə hal arda bədənin ümumi kontuziyası, qol və qıç nahiyələrinin bərk burxulması, burun və qulaqlardan qanaxma baş verir;

– Ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa bərabər olanda baş verir. Bu zaman qol və qıç nahiyələrinin sınması, daxili orqanların zədələnməsi, burun və qulaqlardan şiddətli qanaxma baş verir.

– Ən ağır zədələnmə – izafi təzyiq 100 kPa - dan yüksək olanda baş verir. Bu zaman sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi baş verir və ölümlə nəticələnir.nüvə silahından qorunmaq üçün düzəldilmiş daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Bu məqsədlə xəndəklərdən, yeraltı binalardan, yerin relyefindən istifadə etmək mümkündür. Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa – dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 növə ayrılır: tam dağıntı zonası, güclü dağıntı zonası, orta dağıntı zonası və zəif dağıntı zonası.

İşıq şüalanması - nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10 - 20 saniyə müddətində olur. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kC/m2 və yaxud kal/sm2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanmalara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif material arın alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm2 işıq impulsu - 19 km; 10 kal/sm2 - 15 km; 16 kal/sm2 - 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq hissələrində yüngül (I dərəcə), orta (II dərəcə) və ağır (III dərəcə) yanıqlar baş verə bilər. İşıq şüalanması qeyri-şəffaf material ardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilər. İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaq işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir. Nüfuzedici radiasiya - nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, gözə görünməyən γ şüalar və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, γ şüalar və neytronlar canlı toxumaların molekul arını ionlaşdırır. Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur.Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), rentgen (R), rad ölçü vahidləri ilə ölçülür:

1 qr = 100 rad; 1 r = 0,95 rad.

Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyinə tutulurlar:

I - yüngül dərəcəli D = 100 - 200 rad (1-2 Qr);

II - orta dərəcəli D = 200 - 400 rad (2-4 Qr);

III - ağır dərəcəli D = 400 - 600 rad (4-6 Qr);

IV - çox ağır dərəcəli D > 600 rad (6 Qr).

Müxtəlif sıx və qalın material ardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir (məsələn, poladın - 2,7 sm, betonun -1). Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha çox zəifləyir. Radioaktiv zəhərlənmə - yerdə nüvə partlayışı baş verdikdən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır.Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə məsafələrə aparılır.

Radioaktiv zəhərlənmənin dərəcəsi - partlayışın növündən və gücündən, partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, yerin relyefindən asılı olur.

Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş ərazi) formaca el ipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya ayırırlar: çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif) zəhərlənmə zonaları. Partlayışın bu zədələyici amilini digər amillərdən fərqləndirən: zəhərlənmiş geniş sahələri əhatə etməsi, uzun müddət təsir göstərməsi, çətinliklə aşkar olunması, qeyri-sabit xarakteri radioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zəhərlənmiş ərazinin ölçülərinin müəyyən müddət ərzində azalmasıdır.Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən azalır. Bu, radioaktiv maddələrin öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi nəticəsində baş verir. Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi və s.) yoxdur, zəhərlənməni ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar vasitəsilə aşkar etmək mümkündür. Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rentgen - saatla (R/s) ölçülür. Radioaktiv zəhərlənmədən mühafizə etmək üçün adamları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burnun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafizə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.

Elektromaqnit impulsu - nüvə partlayışı anında ətrafa kül i miqdarda γ-kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısamüddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsu radio-elektron cihazlarını sıradan çıxarır, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur. İmpulslar, həmçinin yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını, kondensatorları da xarab edib sıradan çıxarır. Bu cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək elektrik gərginliyi ilə onları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə edilir.

 


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti

Bizi İzləyin