Bəşəriyyət və Sənayeləşmə

Bəşəriyyət və Sənayeləşmə

E-mail Üzvlüyü

1712-ci ildə dərhal sənayedə geniş diapozonla tətbiq olunmağa başlayan buxar maşınının Polzunov tərəfindən kəşf olunması dünyanın statusunu dəyişdirərək onun istifadə olunduğu bütün ölkələrdə enerjiyə olan tələbatı daha da artırdı. Sənaye inkişaf yoluna qədəm qoyan ilk ölkə məhz İngiltərə olmaqla XIX əsrin 30-cu illərində elmi-texniki tərəqqiyə keçən ilk və yeganə ölkə kimi tarixə düşüb. Artıq XVIII əsrin sonunda bu ölkədə kəsici və cilalayıcı cihazların, buxar maşınlarının fabriklərin və daş kömür şaxtalarının sayı çox dinamik sürətlə artdı. Bunun səbəbi isə istehsalatda yeni enerji növlərindən istifadə etməklə əmək məhsuldarlığının sürətlə artırılması olub. Maraqlı haldır ki, dünyanın digər ölkələrində istehsalat hələ də adamların, at və öküzlərin enerjisinin hərəkəti hesabına əldə olunurdu.
Hələ XV əsrin əvvəllərində əllə xörək yeməmək adəti, hər gün yuyunmaq, yataq dəstlərini dəyişmək, təmiz paltarlar geymək və s. gigiyenik vərdişlər Avropa ölkələrinin varlı təbəqələri arasında çox geniş vüsətlə yayılmağa başladı, lakin XIX əsrdə bütün xalqın məişətinə daxil oldu. Bunun ən başlıca səbəbi isə daha rasional və gigiyenik paltarların, gündəlik tələbat mallannm (yataq dəstləri, qablar, qaşıqlar və s.), çox işlənən gigiyena vasitələrinin (sabun), medikamentlər və s. kütləvi tərzdə istehsalının artması olub. İri şəhərlərin dinamik inkişaf prosesi adamlar tərəfindən sanitariya-gigiyena normaları və qaydalarına riayət olunmadan qeyri-mümkün olmaqla yaşayış mənzilləri və istehsal müəssisələrinin epidemiya mənbəyinə çevrilməsi ilə nəticələnə bildiyi üçün yeni iqtisadi, texniki və texnoloji imkanlar bu prosesin qarşısını alıb və onu neytrallaşdırıb. Sənayenin sürətlə inkişafı və kapitalın toplanması daha əlverişli şəraitə və sanitar-gigiyenik normativlərə malik olan yeni yaşayış mənzillərinin tikilməsinə, sanitar texnikanın inkişafına və yaşayış yerlərinin sağlamlaşdırılmasma çox ciddi zəmin yaradıb.
XIX əsrdə artıq şəhərlərin su təchizatının, kanalizasiya sisteminin və yaşayış yerlərinin təmizlənməsinin yaxşılaşdırılması üzrə ilk tədbirlər həyata keçirilib və nəticədə əhalinin təbii (natural) çiçək, taun, qann yatalağı, dizenteriya kimi olduqca təhlükəli xəstəliklərdən ölümünün sayı kəskin surətdə azalıb. İçməli suyun zərərsizləşdirilməsi, yeyinti məhsullannm sterilizasiyası üçün yeni üsullardan geniş istifadə edilməsinin, həmçinin yaşayış mənzillərinin və istehsal müəssisələrinin isidilməsi və işıqlandırılmasının çox böyük əhəmiyyəti olub. Əmək şəraiti tədricən dəyişilib və istehsalatda təhlükəsizlik təmin olunub, fəhlələrin ağır iş və məişət şəraiti xeyli yaxşılaşdırılıb. Mütərəqqi fikirli alimlərin və ictimai xadimlərin təklifi və təkidi ilə sahibkarların fabriklərdə əmək şəraitinin yaxşılaşdırılması, ev sahiblərinin şəhərin su təchizatının, kanalizasiya sisteminin,məişət tullantilarının toplanması və daşınması üçün pul xərclərini ödəməsi barədə uşaqlann, yeniyetmələrin və qadınların əməyinin məhdudlaşdırılması və fabriklərdə sanitariya-gigiyena normalanna düzgün riayət olunması barədə də müvafiq qərarlar qəbul edilib.
XIX əsrin 30-cu illərində İngiltərədə vəba xəstəliyinin öyrənilməsi üzrə xüsusi komissiya yaradılıb. 1840-cı ildən etibarən həkimlərin rəhbərliyi altında İngiltərə parlamentinin nümayəndələri şəhərlərin sanitariya vəziyyətinin və iş kvartalların müayinəsini apardıqdan sonra şəhərlərin əlverişli sanitariyası sahəsində xüsusi tədbirlər kompleksi həyata keçirilib. 1848-ci ildə İngiltərədə antisanitariyanm ləğv edilməsi və xəstəliklərin qarşısının alınması barədə qanun qəbul edilib. Əvvəllər çoxlu sayda insanlann ölümünə səbəb olan təhlükəli infeksion xəstəliklərin müalicə və profilaktikası, bakteriologiya və immunologiya sahələrindəki məşhur kəşflər (fransız alimi Lui Pasterin, alman alimi Robert Koxun, rus alimləri Üya İliç Meçnikovun, Dmitri İvanoviç İvanovskinin və b. kəşfləri) onlann qarşısının alınmasında misilsiz rol oynayıb. İndustrializasiya epoxasına daxil olan ilk ölkələrdə sosial- iqtisadi və tibbi-sanitar dəyişikliklərin nəticəsində adamlann sağlamlıq və uzunömürlülük səviyyəsi xeyli yüksəlmişdir. 1800-cü ildə dünya əhalisinin sayı 906 mln nəfərdən 1,6 mlrd nəfərə çatmışdır. Əhalinin yaşama müddəti isə -15-20 il artıb. 
Kənd təsərrüfatının daha çox üstünlük təşkil etdiyi ölkələrdə isə eneıji tələbatı nisbətən xeyli aşağı olub. Dünyanın aqrar ölkələrində eneıjidən istifadə etmək bəşəriyyətin inkişafının ilkin dövri Əlindəki tələbat səviyyəsində olub. Sənaye inqilabı ikili xarakter daşıyıb: elmi-texniki tərəqqiyə səbəb olub, stimul verib, digər tərəfdən isə, eyni zamanda təbii ətraf mühitə çox güclü mənfi təsirlər göstərib, ekoloji disbalans yaradıb. İngiltərə, Fransa, İsveç, Rusiya və s. ölkələrdə eneıji məsrəfi artıb, lakin sənaye mərkəzlərinin ətraflarındakı meşəliklər tamamilə qırılıb, səhralaşma ilə nəticələnib. Daş kömür və neft sənayesinin inkişafı kənd təsərrüfatı ehtiyatlanm məhv edib, yararsız hala salıb.
Şəhərlərdə, xüsusilə onların sənaye yerlərində hava intensiv olaraq tullantılarla çirklənib. Dəmir yollannm tikilməsi əvvəllər az mənimsənilən rayonlara kütləvi əhali axım yaratdı. XX əsrin ortasında çəkilən dəmir yolu ABŞ-ı Atlantik okeanından Sakit okeanına qədər olan məsafədə əhatə etdi. Bu dəmir yolu xətti köçkün hinduların daha çox məskunlaşmasına və onlann çox böyük bizon sürülərini qırmasına səbəb oldu. Bizonlar hindulann ən başlıca ovçuluq obyekti olub. Bizonlarm kütləvi qırğını onların olduqca cüzi miqdarda sağ qalan hissəsini öz məskunlaşdıqlan və adaptasiya olunduğu, dayanıqlı populyasiyasını saxladığı ərazidən tamamilə yeni, başqa ərazilərə miqrasiyası ilə nəticələnib, həmin mühitə uyğunlaşmadıqlarına görə onların nəsli kəsilmək həddinə çatıb.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti