Kimya 2018-08-04

Bərk maddələrin quruluşunun radiasiya-kimyəvi əlaqələrə təsiri

Bərk maddələrin quruluşunun radiasiya-kimyəvi əlaqələrə təsiri

E-mail Üzvlüyü

Maddənin bərk halının qaz və maye halından əsas fərqi onun quruluşundakı yaxın nizamlılıqdır. Bu da bərk maddələrdə strukturun (quruluşun) olmasına səbəb olur.Şüaların bərk maddələrə təsiri ona şüalanma enerjisinin əhəmiyyətli dərəcədə verilməsini nəzərdə tutur. Şüalanma enerjisi o qədər yüksəkdir ki, nəinki tərkibi, hətta strukturu da dəyişmək mümkündür. Bərk maddələr üçün struktur onları müəyyənləşdirən xarakteristikadır. Strukturun dəyişməsi nəyə gətirib çıxarar?

Dayanıqlı (sabit, möhkəm) strukturda sərbəst enerji minimumdur. Şüalanma təsirindən bərk maddə dayanıqsız vəziyyətə keçir. Udulan enerji şüalanan maddənin strukturunu dağıdır ki, bu da defektlərin yaranmasına səbəb olur. Udulan enerji nə qədər çox olsa, defekt bir o qədər çoxalır. Udulan şüalanma enerjisi toplanan defektlərin kəmiyyət xarakteristikasıdır.

Elə fikirləşmək lazım deyil ki, strukturda defektlərin yaranmasına səbəb radiasiyadır. Defektlər dayanıqlı halda da mövcuddur. Monokristalların alınma texnologiyası heç də asan məsələ deyil. Ideal kristalların varlığı prinsipcə mümkün ola bilməz, çünki vintvari dislokasiya istənilən kristalda mövcuddur.

Şüalanmanın təsiri yalnız defektlərin sayının artmasına səbəb olur. Onlar istənilən təbiətə malik ola bilər və aşağıdakı səbəblərdən meydana çıxarlar:

- mexaniki emal zamanı – cilalama, yayma;

- termiki emal zamanı – əridilmə;

- elektriklə emal zamanı – elektrik keçiriciləri kimi istifadə;

- maqnitlə emal zamanı – maddələrin elektrik sobalarında sintezi;

Kimyaçıları, təbii ki, kimyəvi yolla – aşqarlar əlavə edilməsi ilə alınan defektlər maraqlandırır. Aşqarların olması bərk maddəyə möhkəmlik verir və onun şüalanmaya davamlılığını artırır. Yaranan defektlər sistemi sabit vəziyyətə onun bütün xassələrini dəyişməklə çevirirlər:

- optik

- elektrik

- kimyəvi və s.

Məsələn, almaz kimi dielektrik neytron selində yarımkeçiriciyə çevrilir. Deməli, şüalanma enerjisi qadağan olunmuş zonanın enini şüalanan maddənin elektrik xarakteristikasını dəyişməklə azaldır. Bərk maddələrdə şüalanma zamanı enerji sərfi tələb edən istənilən prosesin getməsi asanlaşır, məsələn kimyəvi reaksiyanın sürəti artır. Şüalanmanın təsirindən bərk maddənin ilkin strukturu modifikasiya olunur ki, bu da onun forma və ölçülərinin dəyişməsinə səbəb olur. Bu isə öz növbəsində bərk madənin həcminin artıb-azalmasına, deməli, həm də sıxlığının artıb-azalmasına səbəb olur. Məsələn, birinci halda neytron selinin təsirindən daş duzun kristalı narın kristallı toza çevrilməklə mexaniki dağılır.

İkinci misal kimi bərk maddənin həcminin güclü şüalanma nəticəsində artmasını göstərmək olar. Bu zaman bərk maddənin strukturunda defektlərin pıxtalaşması (koaqulyasiyası) ucbatından böyük məsamələr əmələ gəlir. Radiasiyanın bərk maddəyə nüfuz etməsinin xarakterik xüsusiyyəti onun müxtəlif dərinliklərdə udulmasının seçiciliyidir. Ona görə də lazım gələrsə bərk maddənin hər hansı bir sahəsini müəyyən dərinlikdə şüalandırmaq mümkündür. Bu xüsusiyyət radiasiyanın tibbdə tətbiqi üçün vacibdir. Şüalanmanın nüfuzetmə dərinliyi şüa mənbəyinin gücündən düz mütənasib asılıdır.


Digər Məqalələr

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
2

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə