Bədəndə Xərçəngli hüceyrələri yox edən Köhnə Bir Mexanizm tapılıb

Bədəndə Xərçəngli hüceyrələri yox edən Köhnə Bir Mexanizm tapılıb

Xərçəng çağımızın ən ölümcül xəstəliklərdən biri olsa da bədənimizin inkişaf etmiş bir immunitet sistemi var. Bəs milyonlarla il əvvəl çox hüceyrəli canlılar xərçəngə qarşı necə mübarizə aparırdı?

Northwestern Universitetindən Marcus Peter və qrupu xərçəngli hüceyrələri öldürən köhnə bir genetik ölüm açarı kəşf edib. Kəşf edilən bu genetik açar sayəsində xərçəng hüceyrələrinin məhv edilməsi mümkün ola bilər.

Əsasən xərçəng hüceyrələri normal hüceyrələrin mutasiyaya uğramasıyla sürətlə böyüyən bir quruluşa çevrilir. Sonra bu yeni hüceyrələr şiş formasında olanda, immunitet sistemi bundan xəbər tutaraq təhlükəli hüceyrələri yox edir. Lakin immunitet sistemi bəzən hiyləgər xərçəng hüceyrələrini təsbit edə bilmədiyi üçün, xərçəngli hüceyrələr sürətlə artır və xərçəng xəstəliyini meydana gətirir.

"Həyatın çox hüceyrəli hala keçməsi 2 milyard il əvvəldən reallaşıb. Bu səbəbdən ana təbiətin xərçəngin qarşısını almaq üçün dayandırma mexanizmi inkişaf etdirməsi lazım idi. Yoxsa bu gün burada olmazdıq" deyə araşdırmanın lideri Marcus Peter açıqlama verib.

Qrup bu mexanizmi Genomun dərinliklərində kəşf edib. Bu mexanizmi kəşf etmək olduqca çətindir çünki, hüceyrələrdə xərçəng olmadan öldürmə açarı aktiv olmur. Sonunda qrup molekulyar silahı gen funksiyasında gizlənmiş şəkildə tapıb.

İnsan genomuna yayılan müəyyən gen serialları, kiçik müdaxiləçi RNAlara (small interfering RNAs -siRNAs) dönüşdürülə bilir. Qrup 3 xərçəngli hüceyrəni hədəfləyən siRNA inkişaf etdirərək, təsirli bir şəkildə hüceyrələrin öz-özünü öldürməsini təmin edib.

Üç fərqli həyatda qalma geni, molekul tərəfindən tətikləndikdə, bir neçə hüceyrə ölüm yolu meydana gətirərək xərçəng hüceyrələrinin müalicəyə qarşı qoymasına maneə olur. Araşdırmaçılar tərəfindən bu mexanizmə DİSE adı verilib.

Araşdırmaçılar xərçəngli siçanın yumurtalıq hüceyrələrində müalicə üsulunu sınaqdan keçirərək şiş böyüməsinin gözlə görüləcək şəkildə aşağı düşdüyünü qeyd ediblər. Bu mexanizm hesabına toksik təsirlər olmadan molekullardakı xərçəng inkişafının dayandırıla biləcəyini düşünürlər.

 

Mənbə: Northwestern University

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə