Aspirin dişdəki çürümənin qarşısını alır

Aspirin dişdəki çürümənin qarşısını alır

Şimali İrlandiya alimləri aspirinin diş çürüməsinin qarşısını aldığı açıqlaması veriblər.

Queen Universiteti alimlərinin araşdırması nəticəsində məlum olub ki, aspirin dişin kökündəki hüceyrələri oyadaraq dişin yenilənməsinə şərait yaradır. Onu qeyd etmək lazımdır ki, aspirin ağrıkəsici olaraq istifadə olunur.

Dişin çürümə səbəblərindən biri də dişdə qalan bakteriyaların diş səthini zəiflədən turş mühit yaratmasıdır. Dişlərin çürüməsi zamanı dolğu vasitəsilə onun qarşısı alınırdı. O isə insan həyatı müddətində neçə dəfələrlə dəyişdirilirdi. Queen Universiteti Diş Həkimliyi və Biokimyavi Elmlər Fakultəsinin professorlarından olan Dr.İxlas Əl Kərimin dediyinə görə aspirinin diş kök hüceyrələrində yenilənmə yaratması ilə bağlı araşdırmaları müvəffəqiyyətlə yekunlaşsa gələcəkdə dolğulara ehtiyac qalmayacaq.

Mənbə: QUEEN’S RESEARCH SHOWS ASPIRIN COULD REPAIR TOOTH DECAY

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə