Antuan Lavuazye kimdir?

Antuan Lavuazye kimdir?

Antuan Lavuazye (fransızca Antoine Laurent de Lavoisier) fransız kimyaçısı olmuşdur. 1743-cü ilin avqust ayında Paris şəhərində anadan olmuşdur. 

Lavuazye 1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır.

Gəncliyində hüquqşünas olan Lavuazye daha çox təcrübi kimyanı özünə sənət seçmiş, bu sahədə fəaliyyətə başlamışdır. Lakin o, eyni zamanda dövlət işində xidmət edib, vergi komissiyasının üzvü olmuşdur. 1789-cu ildə başlanan fransız inqilabı zamanı o, başqa həmkarları ilə birlikdə həbs olunub, bir neçə ildən sonra gilyotində edam olunmuşdur.


Bəzi ədəbiyyatlarda göstərilir ki, həmin edam qərarı qəbul olunarkən Lavuazyenin leyhinə bir neçə nəfər hakimdən xahiş edir: "Bu adam dahidir, ona güzəşt etmək lazımdır."

Hakim isə belə cavab vermişdir: "İnqilaba dahilər gərək deyil."

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə