Biologiya 2017-07-07

Ağcaqanadlar və onlar haqqında bilmədiklərimiz

Ağcaqanadlar və onlar haqqında bilmədiklərimiz

E-mail Üzvlüyü

Yayın əvəzedilməz canlılarından biri də ağcaqanadlardır. Çoxlarımızın gecələri rahat yatmama səbəblərini biraz yaxından tanıyaq.

Elmi təsnifat:
Aləmi: Heyvanlar
Yarımaləm: Eumetazoylar
Bölmə: İkitərəflisimmetriyalılar
Yarımbölmə: İlkağızlılar
Tipüstü: Ecdysozoa
Tip: Buğumayaqlılar
Sinif: Həşəratlar
Yarımsinif: Qanadlılar
İnfrasinif: Yeniqanadlılar
Dəstə: İkiqanadlılar
Yarımdəstə: Uzunbığlılar
Fəsilə: Ağcaqanadlar
Yarımfəsilə: Culicinae

Culicidae (ağcaqanadlar) fəsiləsindən olan növlərin bığcıqları 15 buğumludur. Erkəklərdə bığcıqlar tükcüklü, dişilərdə lələkvaridir. Gözcükləri yoxdur, qanadların arxa kənarında və qanad damarlarında pulcuqlar vardır. Bu fəsilə 2 mindən artıq növü özündə birləşdirir, əksəriyyətinin dişi fərdləri qansoruculardır. Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur. Ağcaqanadların çoxu insana hücum etməz. İnsanların qanını soraraq yaşayan ağcaqanad növlərinin yalnız dişiləri qan sorar. Dişilər də insanların qanını öz yumurtalarını çıxara bilmək, zülalla təmin edə bilmək məqsədiylə sorarlar. Bir çox cinsin dişi nümayəndələri heç olmasa ilk yumurtalarını qana ehtiyac duymadan çıxara bilərlər, lakin sonrakı yumurtaları üçün qana ehtiyacları vardır. Bir çox növ canlının qanı ilə qidalanırlar, hətta dəniz səthinə gələn balıqlar belə onların hücumlarına məruz qalırlar.

Ədəbiyyat: 
Ə.M. Hümbətov və M.Q. Əliyeva "Həşəratın Sistematikası" «Bakı Universiteti» nəşriyyatı, 2014.

Əlavə linklər:
1. https://az.wikipedia.org/wiki/Ağcaqanadlar
2. http://mosquito.ifas.ufl.edu/
3. http://mosquito-taxonomic-inventory.info/family-culicidae-meigen-1818
4. http://www.nationalgeographic.com/animals/invertebrates/group/mosquitoes/


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti

Bizi İzləyin