XX əsrin 80-ci illərində Q.Qleyter ilk dəfə olaraq nanomaterial konsepsiyasının tətbiqini irəli sürmüşdür. Ənənəvi nanomateriallardan (kimyəvi element və birləşmələr, amorf maddələr, metallar və onların ərintiləri) başqa, bunlara nanoyarımkeçiriciləri, nanopolimerləri, nanoməsaməli materialları, nanobiomaddələri, supramolekulyar quruluşu və katalizatorları aid etmək olar. Nanomaterialların nadir xassəsi onların ölçülərinin, əmələ gəlmiş nanohissəciklərin elektron və kvant effekti, eyni zamanda geniş səthə malik olmasıdır. Nanomaterialların fiziki-mexaniki (bərklik, möhkəmlik və s.) xassələrinin texniki cəhətdən maraqlı olması bir neçə nanometrdən 100 nm interv
Ərzaq mallarının qidalılıq dəyəri onların kimyəvi tərkibi, enerjivermə qabiliyyəti və enerji verən maddələrin həzmi ilə хarakterizə olunur. Məhsulda maddələr mübadiləsi üçün bioloji cəhətdən vacib sayılan maddələr (zülallar, yağlar, vitaminlər, mineral maddələr və s.) optimal miqdarda olursa, onun qidalılıq dəyəri də yüksək hesab olunur. Bir çoх məhsulların tərkibində bioloji cəhətdən vacib sayılan kompleks maddələr vardır. Belə məhsullara yumurta, balıq kürüsü, ət, balıq, süd və s. aiddir. Şəkər, nişasta və patka kimi məhsullar tərkibcə əsasən karbohidratlardan təşkil olunduğundan, orqanizm üçün ancaq enerji dəyərinə malikdir.
Katalizatorların tədqiqat üsulları kompleks xarakter daşımalıdırlar ki, onların əsas istismar xassələrinin aydınlaşdırılmasını təmin etmiş olsun. Əsas istehsal xassələrinə ilk növbədə katalizatorların aktivliyi, mexaniki möhkəmliyi və istismar zamanı sabitliyi aiddir. Yekunlaşdırıcı və "başlıca" xarakteristika katalizatorun aktivliyi sayılır ki, onun da əsas göstəricisi istifadə olunan üsuldan asılı olaraq ilk maddələrin çevrilmə dərəcəsi, reaksiyanın sürət sabiti və ya sadəcə olaraq reaksiyanın sürəti ola bilər. Katalizatorun xassələrini müəyyən etmək üçün çoxlu sayda üsullar mövcuddur. Onların kimyəvi və faza tərkib
Keyfiyyətli benzinə tələbat gündən-günə artmaqdadır. Benzinin oktan ədədini aromatik karbohidrogenlər hesabına artırmaq ekoloji cəhətdən əlverişli olmadığından benzinin keyfiyyətini artırmaq üçün izokomponentli alkilatlardan istifadə edilməsi daha məqsədəuyğun hesab olunur. Benzinin tərkibində izokomponentlərin miqdarı artdıqca ekoloji cəhətlə yanaşı detonasiyaya qarşı davamlılıq da artmış olur. Parafinli neftlərin benzin fraksiyasının tərkibində adətən normal alkanların miqdarı çox olduğundan detonasiyaya davamlılığı aşağı olur. Detonasiyaya davamlılığı artırmaq üçün normal alkanları izomerləşdirmək lazımdır. Alkanların C5-C6 izomer
Seolitlər heterogen katalizatorlar sinfinin əsas nümayəndələrindən biridir. Bu alümosilikatlar nizamlanmış arı şanına oxşar quruluşdadırlar, pəncərələrin ölçüləri bir çox üzvi molekulların ölçüləri ilə müqayisəlidir. Onları molekulyar ələklər də adlandırırlar. Seolitlər sənayedə dərin qurutmada, maye və qazların təmizlənməsində, müxtəlif üzvi qarışıqların bir-birilərindən ayrılmasında və katalizator komponenti kimi istifadə edilir. Seolitlərin ümumi formulu aşağıdakı kimidir. M2mO . Al2O3 . nSiO2  . kH2O (1)
Aromatik maddələr kimi tanınan üzvi birləşmələrin çoxkomponentli qatışıqlarının tədqiqi mürəkkəb və kompleksli bir məsələdir. Müasir dövrdə, vahid “ətir” nəzəriyyəsi praktiki olaraq mövcud deyil. Bu tapşırığın çətinliyi, natural məhsulların spesifik ətirlə üstünlük təşkil edən əksər maddələrinin həddən kiçik konsentrasiyalarda mövcudluğu nəzərə alınsa, daha çox aydın olar (belə ki, bu maddələr 0,01% - 0,0001% civarında mövcud olur). Qida məhsullarının aromatını qaz xromatoqrafiya metodu ilə öyrənərkən, tədqiqatçı qarşısında aşağıdakı tapşırıqlar durur: 1. Aromatik kompleksdə maddələrin b&oum
XIX əsrin birinci yarısında İsveç kimyaçısı Y.Bertselius (1807-ci il) təklif etdi ki, canlı orqanizmlərdən alınan maddələr üzvi maddələr və onları öyrənən elm isə üzvi kimya adlandırılsın. Lakin Y.Bertselius və həmin dövrün digər kimyaçıları hesab edirdilər ki, üzvi maddələr prinsipcə qeyri-üzvi maddələrdən fərqlənir. Onların fikrincə, üzvi maddələr laboratoriya üsulu ilə alına bilməz. 1824-cü ildə alman kimyaçısı Völer ilk dəfə olaraq qeyri-üzvi maddələrdən oksalat turşusunu və sidik cövhərini sintez etməklə bu cür baxışlara böyük zərbə vurdu. Oksalat turşusuna (C2H2O4) bitkil
Lipidlər yağlar və yağabənzər maddələri özündə cəmləşdirir. Onlar əsas qida maddələrinə aid olub, tarazlaşdırılmış qidalanmanın vacib komponenti sayılırlar. Onlar enerji mənbəyi olmaqla bərabər, zülallar kimi plastiki material rolunu oynayırlar. Yağlar hüceyrə qişasında və hüceyrədaxili yığılmalar şəklində zülallarla birlikdə birləşmələr halında fizioloji reaksiyaların getməsi üçün hüceyrə daxilinə suyun, duzun, aminturşular və şəkərlərin və digər maddələrin keçməsi və hüceyrələrdən mübadilə olunmuş məhsulların kənar olunması üç&

Yağlar

 Əlibaba Əliyev 2018-09-11
Yağlar (lipidlər) – bu qrup birləşmələr onunla səciyyələnir ki, onlar suda həll olmur, lakin benzol, petroleyn efiri, xloroformda isə yaxşı həll olurlar. Yağların və onlara yaxın olan birləşmələrin bu xüsusiyyəti onunla izah olunur ki, onların molekullarında uzun alifatik –CH- zənciri və ya benzol həlqələri yəni polyar və hidrofob qrupları iştirak edir. Lipidlər öz növbəsində bir neçə qrupa bölünür: sadə lipidlər, steroidlər, mürəkkəb lipidlər.
Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar &ccedi

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə