Son illər üzvi və qeyri-üzvi kimyada fiziki-kimyəvi proseslərə təsir üsullarının inkişafında keyfiyyətli sışrayışlar baş vermişdir. Maddələrin sintezi və analizində akustik, elektrik, maqnit sahələrinin tətbiqi geniş yayılmışdır. Bu və ya digər şüa növünün prosesin, onun ayrı-ayrı mərhələlərinin gedişinə , məqsədli məhsulun çıxımına, köməkçi proseslərin gedişatına təsiri tədqiq edilir.  Mikrodalğalı kimya fizika və kimyanın qovuşmasından əmələ gəlmişdir. O,mikrodalğalı sahənin və ya əvvəllər deyildiyi kimi yüksək tezlikli sahənin enerjisindən istifadə etməklə bərk dielektriklər və mayelərin iştirakı ilə kimyəvi &cced
Əbülhəsən Bəhmənyar Məhzban оğlu Azərbaycan filоsоfu Şərqin еnsiklоpеdiyaçı alimi İbn Sinanın ən görkəmli şagirdi və davamçısıdır. Bəhmənyar öz istеdadı ilə İbn Sinanın rəğbətini qazanmışdır. İbn Sina Bəhmənyar haqqında yazmışdı: «Оnun aхır talib mənim yеrimdə оlmasına bir şеy qalmayıb». Bəhmənyarın «Təhsil» («ət-Təhsil»), məntiqə dair «Zinət» («əz – Zinə fi-l – məntiq»), «Gözəllik» («əl – Bəhtə»), «Səadət» («əs – Səadət»), «Musiqi kitabı» («Kitab fi-l musiqa»), «Mеtafizikanın mövzusu» («
Hesablamalara görə oğlan tələbələrin sutkalıq enerji ehtiyacı təxminən 3300 kkalori, qız tələbələrinki isə təxminən 2750 kkalori təşkil edir. Bu iki cinsdən olan tələbələrin əsas qida maddələrinə olan sutkalıq tələbat normaları müvafıq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: zülallar 113 və 96 q, o cümlədən heyvani zülallar 68 və 58 q, yağlar 106 və 90 q, o cümlədən bitki yağları 32 və 27 q, karbohidratlar isə 451 və 383 q. Tələbələrin sağlamlığını və tədris prosesində zehni iş qabiliyyətini lazımi səviyyədə saxlamaqdan ötrü tarazlaşdırılmış qidalanma, gündəlik qidanın miqdarı və qida rejimləri arasındakı müddəalar mühüm rol oy
XX əsrin 80-ci illərində Q.Qleyter ilk dəfə olaraq nanomaterial konsepsiyasının tətbiqini irəli sürmüşdür. Ənənəvi nanomateriallardan (kimyəvi element və birləşmələr, amorf maddələr, metallar və onların ərintiləri) başqa, bunlara nanoyarımkeçiriciləri, nanopolimerləri, nanoməsaməli materialları, nanobiomaddələri, supramolekulyar quruluşu və katalizatorları aid etmək olar. Nanomaterialların nadir xassəsi onların ölçülərinin, əmələ gəlmiş nanohissəciklərin elektron və kvant effekti, eyni zamanda geniş səthə malik olmasıdır. Nanomaterialların fiziki-mexaniki (bərklik, möhkəmlik və s.) xassələrinin texniki cəhətdən maraqlı olması bir neçə nanometrdən 100 nm interv
Peroksisomlar-xaricdən tək qatlı membranla əhatə olunmuş, diametri 0,3-1,5 mkm olan vakuollaşmış törəmələrdir. Peroksisomlar lizosomları xatırladan orqanoidlərdir, lakin 15-ə qədər endogen peroksidlərin parçalanması üçün lazım olan fermentləri peroksidaza, katalaza və s. daşıyır. Elektron mikroskopunda sferik və ellipsvari möhkəm əsası olan qovuqcuqlar şəklində görünür. Saya endoplazmatik şəbəkədən qovuqcuq şəklində ayrılaraq yaranır. Sonradan bu qovuqcuqlara ayrıca sitozolda və yaxud endroplazmatik şəbəkədə sintez olunan fermentlər miqrasiya edir. Mərkəzində özək və ya nukleoid yerləşir. Özək yerləşən hissədə xüsusən qaraciyər hüceyrələrinin perioksis
Ərzaq mallarının qidalılıq dəyəri onların kimyəvi tərkibi, enerjivermə qabiliyyəti və enerji verən maddələrin həzmi ilə хarakterizə olunur. Məhsulda maddələr mübadiləsi üçün bioloji cəhətdən vacib sayılan maddələr (zülallar, yağlar, vitaminlər, mineral maddələr və s.) optimal miqdarda olursa, onun qidalılıq dəyəri də yüksək hesab olunur. Bir çoх məhsulların tərkibində bioloji cəhətdən vacib sayılan kompleks maddələr vardır. Belə məhsullara yumurta, balıq kürüsü, ət, balıq, süd və s. aiddir. Şəkər, nişasta və patka kimi məhsullar tərkibcə əsasən karbohidratlardan təşkil olunduğundan, orqanizm üçün ancaq enerji dəyərinə malikdir.
Katalizatorların tədqiqat üsulları kompleks xarakter daşımalıdırlar ki, onların əsas istismar xassələrinin aydınlaşdırılmasını təmin etmiş olsun. Əsas istehsal xassələrinə ilk növbədə katalizatorların aktivliyi, mexaniki möhkəmliyi və istismar zamanı sabitliyi aiddir. Yekunlaşdırıcı və "başlıca" xarakteristika katalizatorun aktivliyi sayılır ki, onun da əsas göstəricisi istifadə olunan üsuldan asılı olaraq ilk maddələrin çevrilmə dərəcəsi, reaksiyanın sürət sabiti və ya sadəcə olaraq reaksiyanın sürəti ola bilər. Katalizatorun xassələrini müəyyən etmək üçün çoxlu sayda üsullar mövcuddur. Onların kimyəvi və faza tərkib
Lizosomlar ilk dəfə De Dyuv tərəfindən 1955-ci ildə elektron mikroskopu vasitəsilə kəşf edilmişdir. Ölçüsü 0,2-0,4 mkm olan torba şəkilli struktur olub, 7 nm qalınlığında bir qat membrana malikdirlər. Lizosomlar öz başlanğıcını diktiosomlardan alır. Onların içərisində 60-a qədər fəal fermentlər: turş fosfotaza, nukleoaza, turş ribonukleaza, proteazalar, qlikozidazalar (B-qlükuronidaza, B-qalaktoidaza), esteraza və s. vardır. Ümumiyyətlə bu fermentlər hidrolitik fermentlər olub, zülalların, yağların, karbohidratların, nuklein turşularının və daha mürəkkəb maddələrin parçalanmasında iştirak edir. Lizosom membranı fermentlərin hüceyrəyə qarışmasının qarşısını a
Keyfiyyətli benzinə tələbat gündən-günə artmaqdadır. Benzinin oktan ədədini aromatik karbohidrogenlər hesabına artırmaq ekoloji cəhətdən əlverişli olmadığından benzinin keyfiyyətini artırmaq üçün izokomponentli alkilatlardan istifadə edilməsi daha məqsədəuyğun hesab olunur. Benzinin tərkibində izokomponentlərin miqdarı artdıqca ekoloji cəhətlə yanaşı detonasiyaya qarşı davamlılıq da artmış olur. Parafinli neftlərin benzin fraksiyasının tərkibində adətən normal alkanların miqdarı çox olduğundan detonasiyaya davamlılığı aşağı olur. Detonasiyaya davamlılığı artırmaq üçün normal alkanları izomerləşdirmək lazımdır. Alkanların C5-C6 izomer
Holci kompleksi ilk dəfə 1898-ci ildə İtalyan alimi Kamilla Holci tərəfindən heyvanların sinir hüceyrələrində aşkar edilmişdir. Uzun müddət bu orqanoidin ancaq heyvanlara aid olması fikirləri hökm sürürdü. Lakin elektron mikroskopu kəşf olunandan sonra məlum oldu ki, Holci kompleksi bitki hüceyrələrində də vardır. İşıq mikroskopunda Holci kompleksi mürəkkəb tor şəklində hüceyrənin sitoplazmasında, nüvə ətrafında, nüvənin altında bəzən nüvənin üstündə müşahidə edilir. Bitkilərin və ibtidailərin hüceyrələrində Holci kompleksi oraqvari və ya çubuqvari formalı ayrı-ayrı cisimciklərdən ibarətdir. Formasının müxtəlifliyinə baxmayar

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
2

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti