loading...

145 milyon illik fosil tapıldı

İngiltərədə məməlilərin əcdadı olaraq qəbul edilən iki heyvana aid 145 milyon illik fosillər tapıldı.

Portsmouth Universitetinin elm adamlarından Dr.Stiv Svitmanın verdiyi məlumata görə İngiltərənin cənub vilayəti olan Dorsetdə nəsli tükənmiş iki heyvana məxsus fosilləşmiş dişlər kəşf olunub. Fosillər üzərində aparılan araşdırmalardan məlum olub ki heyvanlardan biri böcəklərlə digəri isə otla qidalanıb. Dr. Stivin dediyinə görə heyvanların dişləri inkişaf edibmiş. Beləki,heyvanlar dişlərlə qidanı deşə, kəsə və əzə bilirmiş.

Fosillər universitet tələbəsi tərəfindən Dorsetin Suonec şəhərində yerləşən qayalıqlarda tapılıb.Kəşflə bağlı məlumatlar “Acta Palaeontologica Polonica” jurnalında dərc olunub.

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.